ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTIYeni xəbərlərhttp://www.sistani.org/Arxiv » Korona virusundan vəfat etmiş insanların dəfni ilə bağlı suallar

Bismillahir-Rəhmanir-Rəhim
Aliməqamlı şiə mərcəyi-təqlidi seyid Əli Sistaninin (kölgəsi uzun olsun) dəftərxanası

Salam əleykum.
Xahiş edirik koronavirusdan dünyasını dəyişmiş şəxslərlə bağlı aşağıdakı suallara cavab verəsiniz.
1. Müsəlman bir şəxs koronavirusa yoluxdundan dünyasını dəyişsə, onun cənasəsinə digər cənazələr kimi qüsl vermək vacibdir, yoxsa təyəmmüm kifayət edir? Əgər məsuliyyətli şəxslər hətta təyəmmüm üçün icazə verməsələr, cənazəni qoruyucu kimyəvi maddələrlə məxsusi kisələrə qoysalar və dəfndən qabaq kiməsə onu açmağa icazə verməsələr, nə etmək lazımdır?
2. Əgər kafuru cənazənin yeddi yerinə çəkməklə hənut etmək mümkün olmasa, onu nə ilə əvəz etmək olar?
3. Cənazəni üç tikə parça ilə kəfənləmək vacibdirmi? Aidiyyəti olan orqanlar onu kəfənləmək üçün kisələri açmağa icazə verməsələr, nə etməliyik?
4. Bəzi qeyri-müsəlman ölkələrdə koronavirusdan vəfat etmiş cənazələr yandırılır. Sual budur ki, müsəlman ölünün qohumları belə bir işə icazə verə bilərmi? Mümkün olan təqdirdə cənazənin yandırılmasına mane olmalıdırlarmı?
5. Ölünü tabuta qoymaq və tabutu torpağın altında dəfn etməyin hökmü nədir?
6. Mütəxəssis insanlara görə koronavirusdan dünyasını dəyişmiş cənazələri ümumi qəbiristanlıqda dəfn etməyin maneəsi yoxdur və bunun üçün xüsusi tədbirlərə, misal üçün cənazəni dərində basdırmaq və bu kimi işlərə ehtiyac yoxdur. Çünki bu virusun fəaliyyətini davam etdirməsi üçün canlı hüceyrələrə ehtiyacı var. Yoluxmuş insan öldükdən sonra bu virus bir neçə saat həyatda qala bilər. Lakin ölünün cəsədindən çıxmaq yolu olmadığına görə virus tələf olur. Bu üzdən tibbi ehtiyatları gözləmək o cümlədən onu daşıyıb dəfn edərkən maska və əlcəkdən istifadə etmək kifayətdir. Dəfn etdikdən sonra virusun başqalarına keçəcəyindən heç bir nigarançılıq yoxdur.
Belə bir şəraitdə koronavirusdan dünyasını dəyişənlərin vəsiyyətinə və yaxud qohumlarının istəyinə baxmayaraq onları şəhərin ümumi qəbiristanlıqlarında – qəbiristanın bir güşəsində olsa belə - basdırılmasına mane olmağın hökmü nədir?

Bismillahir-Rəhmanir-Rəhim

1. Virusun yayılma təhlükəsinə görə cənazəyə qüsl vermək mümkün olmayan hallarda, sağ bir şəxsin əlcəklə də olsa ona təyəmmüm verməsi mümkündürsə, bu işi görməlidir. Təyəmmüm vermək mümkün olmazsa, yaxud məsuliyyət daşıyan şəxslər bu işə mane olarsa, cənazə qüsl və təyəmmüm verilmədən dəfn edilsin.
2. Bu halda hənut etmək öz qüvvəsindən düşür və bu işin heç bir əvəzedicisi yoxdur.
3. Cənazəni üç məxsusi parça ilə kəfənləmək vacibdir. Hətta bunu kisənin üzərindən də etmək olar. Cənazəni bu formada kəfənləmək mümkün olmazsa, mümkün olan qədərlə, məsələn, bədəni bütövlükdə örtən parça ilə kifayətlənmək lazımdır.
4. Müsəlman şəxsin cəsədini yandırmaq olmaz. Yaxınlarına və digər şəxslərə vacibdir ki, bu işə mane olsunlar və cənazənin müqəddəs şəriət qaydalarına uyğun şəkildə dəfn edilməsinə israr etsinlər.
5. Bu iş icazəlidir. Lakin mümkün olarsa, cənazə tabutda, torpağda dəfn edildiyi kimi, yəni sağ tərəfi üstə və üzü qibləyə qoyulmalıdır.
6. Sualda qeyd olunan halda cənazənin ümumi qəbiristanlıqlarda dəfninə mane olmaq icazəli deyil. Məsul qurumlar da bunun üçün şərait yaratmalıdır. Allah biləndir.

3 Şəban, 1441 hicri qəməri (28 mart, 2020).
S. Ə. H. Sistaninin dəftərxanası – Nəcəf şəhəri.
http://www.sistani.org/azari/archive/26410/Arxiv » Korona virusu ilə bağlı suallar
Bismillahir-Rəhmanir-Rəhim
Aliməqamlı şiə mərcəyi-təqlidi seyid Əli Sistaninin (kölgəsi uzun olsun) dəftərxanası
Salam əleykum.

Korona virusu dünya ölkələrinin çoxunda geniş yayılmaqda və gündən günə bu virusa yoluxanların sayı artmaqdadır. Ali-dini mərcəiyyətin bu təhlükəli virusla bağlı mövqeyi bizə bəllidir (virusun yayılmasının qarşısını almaq üçün aidiyyəti olan qurumlar tərəfindən verilmiş göstərişlərə tabe olmaq, o cümlədən hər hansı toplantı və yığıncaq təşkil etməmək və hədəfindən asılı olmayaraq orada iştirak etməmək). Onunla bağlı aliməqamlı mərcəyi-təqlidə suallarımız var ki, onlara cavab versəniz minnətdar olardıq.
1. Virusa yoluxması şübhəli olan şəxslərə hər hansı formada toxunmaqdan (əl vermək, öpüşmək və bu kimi) çəkinmək vacibdirmi? Belə şəxslərlə qabaqlayıcı tədbirlər görmədən məsələn, maska və əlcək geymədən bir yerdə oturub-durmaq olarmı?
2. Əgər bir şəxs bu virusa yoluxarsa yaxud onda şübhəli əlamətlər olarsa, o, bu vəziyyətindən məlumatı olmayan insanlarla bir yerə toplaşa bilərmi? O, bu işi görsə və virusun yayılmasına səbəb olsa, onlarla bağlı məsuliyyət daşıyırmı?
3. Əgər bir şəxs virusun geniş yayıldığı bir ölkədən gəlirsə yaxud yoluxmuş xəstələrlə əlaqədə olubsa, virusa yoluxmadığına əminlik əldə edənə qədər evdə qalıb özünütəcrid şəraitinə riayət etməsi yaxud tibbi mərkəzlərə müraciət etməsi vacibdirmi?
4. Şəri vergiləri, o cümlədən xüms və zəkatı infeksiyanın yayılmasının qarşısının alınması və yoluxanların müalicəsi istiqamətində zəruri avadanlıq alınmasına sərf etmək, misal üçün əlcək, maska, yuyucu maddələr və dizinfeksiya üçün maddələr və dərman almaq olarmı?
5. Möminlərin belə bir virusa yoluxmaq təhlükəsi olan bir şəraitdə onlara tövsiyəniz nədir?

Möminlərdən bir qrupu

Bismillahir-Rəhmanir-Rəhim

1. Əgər insan başqalarına toxunmaqla yaxud təmasda olmaqla xəstəliyin özünə keçəcəyindən və nəticədə böyük bir ziyana düşəcəyindən – hətta ölümlə nəticələnməsə belə - qorxursa, bu işdən çəkinməsi lazımdır. Bu halda çəkinmək vacib olmaz ki, insan lazimi ehtiyat tədbirləri görsün, məsələn dizinfeksiya etsin, münasib maska salsın, tibbi əlcək geysin və arxayın olsun ki, xəstəlik ona keçməyəcək. Sözü gedənləri etməsə və ehtiyatlandığı xəstəliyə tutulsa, şəriət baxımından üzrlü sayılmayacaq.
2. Virusun başqalarına keçmək təhlükəsi olduğu hallarda, onlarla görüşüb təmasda olmaq icazəli deyil. Bir şəxs belə bir iş görərsə və bu iş onun vəziyyətindən məlumatı olmayan insanların yolulxmasına səbəb olarsa, onların qarşılaşdığı zərərlərlə əlaqədar zamindir, əgər bu səbəbdən virusa yoluxduğuna görə dünyadan gedən olsa, onun diyəsini ödəməlidir.
3. Bəli, bu şəxs aidiyyəti olan qurumların verdiyi göstərişlərə riayət etməklə yanaşı sözü gedən tədbirləri görməlidir.
4. Zəkatın “səbilillah” səhmini və xümsün İmam (ə) səhmini bu hallara şəri qaydaları gözləməklə sərf etməyin eybi yoxdur, olar.
5. Möhtərəm möminlərə aşağıdakıları tövsiyə edirik:
1) Allah-taalaya pənah aparmaq və bəlanı dəf etmək üçün onun dərgahına yalvarıb dua etmək, xeyirxah işləri o cümlədən fəqirlərə sədəqə vermək, köməksizlərə yardım etmək, Quran oxumaq, peyğəmbərdən (s) və əhli-beytdən (ə) nəql olunmuş duaları oxumaq kimi işləri artırmaq.
2) Epidemiyanın həcminə münasib olaraq ehtiyatlı olmaq. İztirab və təşvişə yol vermədən ixtisas əhlinin çıxardığı qərarlara müvafiq olaraq qabaqlayıcı və müalicəvi göstərişlərə tamamilə riayət etmək və qeyri-elmi metodlardan uzaq durmaq.
3) Bu virusu kiçik saymağın təhlükəsindən başqalarını xəbərdar etməyə çalışmaq və onları aidiyyəti olan qurumların göstərişlərinə riayət etməyə və onları pozmamağa təşviq etmək.
4) İş yerlərinin bağlanmasına, gediş-gəlişlərin məhdudlaşdırılmasına görə zərərçəkmiş ailələrə yardım göstərmək.
5) Dini və məzhəbi bağlılığından asılı olmayaraq bütün virusa yoluxmuşlara qayğı göstərmək və onlara təsəlli vermək və ehtiyaclarını ödəmək.
Allah-taala bütün bəla və pislikləri hamıdan uzaq etsin.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

27 rəcəb 1441 (23 mart 2020)

. S. Ə. H. Sistaninin dəftərxanası – Nəcəf şəhəri.
http://www.sistani.org/azari/archive/26402/Arxiv » Sistani cənablarının ofisinin həkimlərin və tibb işçilərinin koronavirus xəstələrinə xidmətinə görə təşəkkür cavabı
Bismillahir-Rəhmanir-Rəhim

Ali məqamlı şiə mərcəyi-təqlidi cənab seyid Əli Sistaniyə (kölgəsi davamlı olsun).
Salam əleykum.
Məlum olduğu kimi son günlərdə koronavirus infeksiyasının yayılması ilə bağlı çox insanlar bu virusa yoluxmuşdur. Həkimlər, tibbi personal və könüllü insanlar xəstəxanalarda və müalicə mərkəzlərində dayanmadan xəstələrin və yoluxma şübhəsi olan insanların hallarının yaxşılaşdırılması istiqamətində çalışırlar. Xəstələrlə sıx əlaqələri olduğuna görə həmişə virusa yoluxmaq təhlükəsi onları təhdid etməkdədir, belə ki, onlar öz sağlamlıqlarını və bir çox hallarda həyatlarını təhlükəyə atırlar. Möhtərəm mərcəyi-təqlidin onlara mesajı nədir?

Bismillahir-Rəhmanir-Rəhim

Xəstələri müalicə etmək, onların qayğısına qalmaq və onlara aid işləri yerinə yetirmək həkimlərə, tibb işçilərinə və bu işləri görə biləcək bütün şəxslərə kifayi olaraq vacibdir. Aidiyyəti olan bütün məsul işçilərin vəzifəsi budur ki, onları bu virusa yolüxmadan qorumaq üçün bütün lazimi təchizatla təmin etsinlər. Bu işdə səhlənkarlıq və gecikdirmə baş verərsə, onlardan heç bir üzr qəbul ediləcək deyil.
Şübhəsiz ki, bu əziz insanların gördükləri iş – qarşıda olan bütün çətinliklərə baxmayaraq böyük və qiymətsiz bir əməldir. Onların işi əhəmiyyətcə bəlkə də ön cəbhədə qəhrəman döyüşçülərin ölkənin və xalqın müdafiə etməsinə yaxındır.
Sözsüz ki, Allah taala bu əziz insanların səylərinə bu dünyada qiymət verəcək və axirətdə də mükafat bəxş edəcəkdir. Ümid edirik ki, onlardan öz canını bu yolda fəda edənə qiyamət günündə şəhid məqamı və şəhid mükafatı veriləcəkdir. Biz onlara bu insani addımlarına görə dərin təşəkkür və minnətdarlığımızı bildirir və Allah-taaladan istəyirik ki, onları hər pislikdən qorusun. O, eşidən və biləndir.
21 rəcəb, 1441 hicri qəməri.
http://www.sistani.org/azari/archive/26393/Arxiv » Bismillahir-Rəhmanir-Rəhim. Həzrət Ayətullah Sistaninin dəftərxanasının məsul işçisi açıqladı
Bismillahir-Rəhmanir-Rəhim.
Həzrət Ayətullah Sistaninin dəftərxanasının məsul işçisi açıqladı:
Keçən axşam Həzrət Sistani cənablarının sol ayağı burxulub və bu hadisə onun bud sümüyünün sınmasına səbəb olub. İnşallah bu gün iraqlı həkim qrupu tərəfindən cərrahiyyə əməliyyatı olunacaq.
Bütün inanclı və imanlı insanlardan xahiş edirik ki, onu xeyir-dualarında unutmasınlar.
http://www.sistani.org/azari/archive/26385/Sual və Cavab » Tərkibində spirt (şərab deyil) olan şokoladları yemək icazəlidir?
Tərkibində spirt (şərab deyil) olan şokoladları yemək icazəlidir?
Tərkibindəki spirtin miqdarı cüzi (2% yaxud daha az) olarsa, eybi yoxdur. http://www.sistani.org/azari/qa/26313/Sual və Cavab » Tərkibində şəkər spirti olan saqqızlardan istifadə etməyin hökmü nədir?
Tərkibində şəkər spirti olan saqqızlardan istifadə etməyin hökmü nədir?
Eybi yoxdur. http://www.sistani.org/azari/qa/26312/Sual və Cavab » Tərkibində spirt olan kosmetik vasitələr və ətirlərdən...
Tərkibində spirt olan kosmetik vasitələr və ətirlərdən istifadə etmək olarmı? Dəriyə sürtmək üçün həkimin məsləhət gördüyü və tərkibində spirt olan məhlullar necə?
Eybi yoxdur, nəcis deyil. http://www.sistani.org/azari/qa/26311/Sual və Cavab » Spirt (şərab deyil) içmək haramdırmı? Hətta müalicə...
Spirt (şərab deyil) içmək haramdırmı? Hətta müalicə məqsədilə olmasa, lakin insanı sərxoş etməsə necə?
Haramdır. Əgər onu çox miqdarda içmək insanı sərxoş edirsə, azacıq da içmək haramdır. http://www.sistani.org/azari/qa/26310/Sual və Cavab » Tərkibində az miqdarda (məsələn 4%) spirti olan dərmanları qəbul etmək olarmı?
Tərkibində az miqdarda (məsələn 4%) spirti olan dərmanları qəbul etmək olarmı?
Belə dərmanları qəbul etmək icazəli deyil. Lakin ona su qatmaqla o qədər durulaşdırsanız ki, tərkibində cüzi miqdarda (məsələn 2% yaxud daha az) spirt qalsa, bu halda qəbul etməyin eybi yoxdur. http://www.sistani.org/azari/qa/26309/Sual və Cavab » Spirtin bütün növləri (texniki, tibbi və sair) pakdırmı?
Spirtin bütün növləri (texniki, tibbi və sair) pakdırmı?
Bəli, spirtin bütün növləri pakdır, lakin onları içmək icazəli deyil. http://www.sistani.org/azari/qa/26308/Sual və Cavab » Mən bərbərəm. Bəzən müştəri məndən istəyir ki, saqqalını...
Mən bərbərəm. Bəzən müştəri məndən istəyir ki, saqqalını dibdən ülgüclə qırxım. Mən bunu edə bilərəmmi? Müştərinin buna görə mənə verdiyi pul halaldırmı? Bunu da qeyd edim ki, yeni saqqal çıxarmış gənc müştərilər deyir ki, tam dolmayan və seyrək çıxmış saqqalı üzdə saxlayanda insanı ələ salırlar.
Saqqalı dibindən qırxmaq və buna görə zəhmət haqqı almaq – ehtiyat vacibə əsasən –icazəli deyil. Bu hökmdən yalnız iztirar (çarəsizlik) halları, eləcə də saqqal saxlamağın adətən dözülməyən ziyan və çətinliyə səbəb olduğu (hərçənd bu çətinlik istehza və həqarət üzündən belə olsa) hallar istisna olunur. http://www.sistani.org/azari/qa/26305/Sual və Cavab » Mən gözəllik salonunda işləyirəm və süni dırnaq qaynaq...
Mən gözəllik salonunda işləyirəm və süni dırnaq qaynaq edirəm. Mənim işimin bir eybi varmı? Orada aldığım zəhmət haqqının necə?
Qaynaq edilmiş dırnaq dəstəmaz, qüsl və təyəmmümün səhihliyinə maneə törətdiyi üçün ona görə zəhmət haqqı almaq düzgün deyil. Lakin dırnağı qaynaq edən şəxs bilirsə ki, müştəri hər bir halda onun o puldan istifadə etməsinə razıdır, ondan istifadə edə bilər. Həmçinin təsir edəcəyini ehtimal edirsə, vəzifəsidir ki, bu məsələnin şəriət hökmünü ona xatırlatsın. http://www.sistani.org/azari/qa/26304/Sual və Cavab » Ölünün qəza namazlarını qılmaq üçün əcir olmaq olarmı?
Ölünün qəza namazlarını qılmaq üçün əcir olmaq olarmı?
Eybi yoxdur. http://www.sistani.org/azari/qa/26303/Sual və Cavab » Sualım budur ki, kəbin oxumaq üçün zəhmət haqqı almaq olar?
Sualım budur ki, kəbin oxumaq üçün zəhmət haqqı almaq olar?
Kəbin oxumağa görə zəhmət haqqı almağın eybi yoxdur. http://www.sistani.org/azari/qa/26302/