ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Kitablar » İZAHLI ŞƏRİƏT HÖKMLƏRİ

KƏFALƏTİN HÖKMLƏRİ → ← RƏHNİN HÖKMLƏRİ

ZAMİN OLMAĞIN HÖKMLƏRİ


Məsələ 2277: Əgər insan bir kəsin borcunu vermək üçün zamin olmaq istəsə, onun zəmanəti ərəbcə olmasa belə, hər hansı dillə ya da başqa bir yolla tələbkara “sənin tələbini ödəmək üçün mən zaminəm” desə və tələbkar da razılığını bildirsə səhihdir. Borclu olanın razı olması isə şərt deyil. Bu müamilənin iki halı var:
1-Zamin borclunun borcunu onun öhdəsindən öz öhdəsinə götürsün. Deməli əgər, o, borcu verməmiş vəfat etsə, sair borcları kimi irsdən irəlidir. Adətən fəqihlərin zamin deməkdə məqsədləri qeyd olunan mənadır.
2-Zamin borcu ödəməyə dair iltizam versin, amma onun zimməsinə gəlməsin. Bu halda əgər vəsiyyət etməzsə, ölümündən sonra onun malından verilməz.
Məsələ 2278: Zamin və tələbkar gərək həddi-büluğa çatmış və ağıllı olsunlar, bir kəs də onları məcbur etməsin, eyni zamanda gərək səfeh olmasınlar. Həmçinin tələbkar gərək müflis olmasın. Amma bu şərtlər borcluya aid deyil. Məsələn, əgər bir kəs uşağın, divanənin, ya səfehin borcunu verməyə zamin olsa səhihdir.
Məsələ 2279: Zamin olması üçün şərt qoyarsa, məsələn, “əgər borclu olan sənin borcunu verməzsə, mən verərəm” deyərsə, onun zamin olması 2277-ci məsələnin birinci bəndində deyilənə əsasən işkallıdır, amma, ikinci bəndində deyilənə görə eybi yoxdur.
Məsələ 2280: İnsan borcunu qaytarmasına zamin olduğu şəxs borclu olmalıdır. Deməli, əgər bir şəxs başqasından borc etmək istəsə, borc etməyincə, insan ona zamin ola bilməz. Bu şərt ikinci bənddə deyilən zəmanətdə yoxdur.
Məsələ 2281: İnsan o surətdə zamin ola bilər ki, tələbkar, borclu və borcun cinsi həqiqətdə müəyyən olsunlar. Əgər iki nəfər bir adamdan tələbkar olsalar və insan desə: “mən zaminəm ki, sizdən birinin tələbini verəm”, hansı birinin tələbini verməyi müəyyən etmədiyi üçün onun zəmanəti batildir. Əgər bir kəsin iki nəfərdən tələbi (alacağı) olsa və insan “mən o iki nəfərdən birinin borcunu sənə ödəmək üçün zaminəm” desə, onlardan hansının borcunu ödəməyə zamin olduğunu müəyyən etmədiyi üçün zəmanət batildir. Həmçinin əgər bir kəsin, başqa birisindən on batman buğda və on manat pul alacağı olsa, insan “mən, sənin o iki tələbindən birini ödəmək üçün zaminəm” desə və müəyyən etməsə ki, buğdaya zamindir, ya pula, onun zəmanəti səhih deyil.
Məsələ 2282: Əgər bir kəs borcludan icazəsi olmadan onun borcunu verməyə zamin olsa, ondan bir şey ala bilməz.
Məsələ 2283: Əgər bir kəs borclunun icazəsi ilə onun borcunu verməyə zamin olsa, onu verməzdən əvvəl olsa belə, zamin olduğu miqdarı ondan tələb edə bilər. Amma borclu olduğu bir malın yerinə başqa malı onun tələbkarına versə, verdiyi şeyi ondan tələb edə bilməz. Məsələn, əgər on batman buğda borclu olsa və zamin on batman düyü versə, düyünü ondan tələb edə bilməz, amma əgər özü düyü verməsinə razı olsa, eybi yoxdur.
Məsələ 2284: Əgər tələbkar öz tələbini zaminə bağışlasa, zamin borcludan bir şey ala bilməz. Əgər ondan bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz. Amma əgər onun hamısını, ya bir hissəsini hədiyyə etsə, ya xüms və ya zəkat və s. hesab etsə, zamin onları borcludan istəyə bilər.
Məsələ 2285: Əgər insan bir şəxsin borcunu qaytarmağa zamin olsa, zəmanətindən geri çəkilə bilməz.
Məsələ 2286: Zamin və tələbkar ehtiyat-vacibə əsasən, zəmanəti istədikləri vaxt poza bilmədiklərini şərt qoya bilməzlər.
Məsələ 2287: Əgər insan zamin olan vaxtda tələbkarın tələbini verməyə qadir olsa, sonradan fəqir olsa da, tələbkar onun zamin olmağını pozub öz tələbini əvvəlinci borcludan tələb edə bilməz. Həmçinin əgər o vaxtda onun tələbini verə bilməsə, amma tələbkar bilərsə və onun zamin olmasına razı olarsa, onun zaminliyini poza bilməz.
Məsələ 2288: Əgər insan zamin olduğu zaman tələbkarın tələbini verməyə qadir olmasa, tələbkar bunu o zaman bilməsə və sonra onun zaminliyini pozmaq istəsə, ələlxüsus tələbkar işdən agah olmazdan qabaq zamin borcu ödəmək üçün qüdrət taparsa, bu işkallıdır.
KƏFALƏTİN HÖKMLƏRİ → ← RƏHNİN HÖKMLƏRİ
العربية فارسی اردو English Azərbaycan Türkçe Français