Bəyanatlar » Türkiyə və Suriyada baş verən son zəlzələdən sonra Ayətullah Sistaninin ofisindən verilən açıqlama
Bismillahir-Rəhmanir-Rəhim
Hər bir hərəkət və güc uca və böyük olan Allahın tərəfindən və onun icazəsi ilədir.
Bu yaxınlarda Türkiyə və Suriyanın geniş ərazilərini silkələyən şiddətli zəlzələ - yeni məlumatların da göstərdiyi kimi - geridə çoxlu qurbanlar və xəsarətlər, binalarda və yaşayış massivlərində böyük maddi dağıntılar buraxaraq, bu dövrdə nadir insan fəlakətinə səbəb oldu.
Nəcəf Əşrəfin dini mərcəiyyəti bu böyük fəlakətdə yaxınlarını itirən insanlara başsağlığı və həmrəylik ifadə edərək, Allah Taaladan yaralananlara səbr və tezliklə şəfa diləyir.Ümid olunur ki, aidiyyatı qurumların və geniş ictimaiyyətin ikiqat səyi ilə zərərçəkmişlərə lazımi ehtiyaclar ən qısa zamanda təmin ediləcək.
Uca Allahdan diləyirik ki, bəlaları hər kəsdən uzaqlaşdırsın və hər kəsə xeyir və sağlamlıq bəxş etsin.Həqiqətən, O, bu işin sahibi və rəhimlilərin rəhimlisidir.
15 rəcəb, 1444-cü hicri qəməri ili
7 fevral 2023
Ayətullah Sistaninin (ömrü uzun olsun) ofisi, Nəcəf- Əşrəf