ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Allahın adı ilə!
Bu gün axşam (çərşənbə axşamı, aprel ayının 9-u) Şəvval ayının hilalının cihazsız gözlə görünməsi sübuta yetmişdir. 
Buna əsasən sabah, Aprel ayının 10-u (çərşənbə günü) şəvval ayının biri, mübarək Fitr bayramıdır. Allah-taala bütün müsəlmanlara bu bayramı mübarək etsin.

Ayətullah əl-uzma Seyyid Əli Hüseyni Sistaninin dəftərxanası.

Sual və Cavab » Oruc və xəstəlik

1 Sual: Sualım xəstəlik halında oruc tutmaqla əlaqədardır. Mən xəstəyəm, oruc tutanda vəziyyətim ağırlaşır və həkim də oruc tutmağıma icazə vermir. Amma oruc tutmaq istəyirəm. Bilmək istərdim ki, oruc tutsam orucum səhihdir?
Cavab: Xəstə insanın oruc tutmasının ona ziyanı varsa (xəstəliyin çoxalmasına səbəb olarsa və yaxud müalicənin zamanını uzadarsa, yaxud da ağrını çoxaldarsa) oruc səhih deyil. Söz yox ki, onların hamısında ziyan o qədər olmalıdır ki, adətən ona dözmək olmur. Ziyanı olacağına əminliyinin ya da gümanının olmasının hökmdə heç bir fərqi yoxdur. Hətta ehtimal etsə belə hökm eynidir. (Söz yox ki, bu ehtimal qorxuya səbəb ola biləcək formada olmalıdır. Bu ziyan qorxusu da aqil insanların nəzərində qəbul edilən formada olmalıdır, misal üçün həkim rəyi ya təcrübə ya bu kimi yollarla) Xəstə sağalandan sonra həmin günün qəzasını tutmalıdır. Kəffarə ona vacib deyil. Əgər xəstəlik gələn ilin Ramazan ayına qədər davam etsə, qəza da boynundan götürülür. O, hər gün üçün 750 qram (yemək) çörək və ya makaron və ya buğda və bu kimi qidaları bir fəqirə (yoxsula) fidyə verməlidir.
Demək, nəinki xəstəliyin meydana çıxmasına yəqini olan şəxsin, hətta xəstəliyin meydana çıxacağından qorxuya düşən sağlam adamın da orucu səhih deyil. Amma oruc tutmağın ziyanı olmayan xəstə mütləq oruc tutmalıdır və orucu səhihdir.
sistani.org/25347
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français