ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Orucu bilərəkdən pozmaq

1 Sual: Ramazan ayında orucu yeməklə, içməklə, cinsi yaxınlıqla, masturbasiya etməklə yaxud sübhədək cənabətli qalmaqla pozmağın hökmü nədir?
Cavab: Tövbə edin, Allahdan bağışlanma diləyin. Əgər bir kəs Ramazan ayının orucunu yemək, içmək, yaxınlıq, istimna və ya cənabətli qalmaqla batil edərsə, - bu işin orucu batil etdiyini bildiyi təqdirdə qəzadan əlavə kəffarə də ona vacib olur. Həmçinin – ehtiyat vacibə əsasən – hökmü bilməyən və bilməməkdə üzrlü səbəbi olmayan və batil edəcəyini ehtimal edən insana da qəza və kəffarə vacib olur. Amma hökmü üzrlü səbəbdən bilməyən və yaxud həmin işin orucu batil etmədiyinə arxayın olan insana kəffarə vacib olmur, yalnız qəzasını yerinə yetirmək kifayətdir. Əgər insan istimna etsə, yaxud cənabətli qalsa, belə kı, bu işlərin orucu pozduğunu bilməsə və bilməməyi üzrlü səbəbdən olsa, orucu səhihdir. Yox əgər bu işin orucu batil etdiyini bilirdisə, amma kəffarəsi olduğunu bilmirdisə, qəzasını yerinə yetirməli və üstəlik kəffarə də verməlidir. İnsan ramazan ayının orucunu pozduğuna görə kəffarə vermək üçün kifayətdir ki, altmış fəqirə yəni, hər birinə bir müdd (750 qram buğda, un, çörək və yaxud makaron) qida versin. Əgər insan orucun qəzasını - vacib olduğunu bilə-bilə - bir il təxirə salsa və növbəti Ramazan ayı gəlib çatsa, hər qün üçün qəzadan əlavə bir fəqirə bir müdd yemək (təxir kəffarəsi) verməlidir. Əgər bir ildən artıq təxirə salsa, kəffarə təkrar olunmur.
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français