Sual və Cavab » Səfərdə oruc
Axtarış:
1
Sual: Mən uzaq bir şəhərdə tələbəyəm. Elə olur ki, hər həftə təhsil aldığım yerdən başqa yerlərə gedirəm. Belə olduqda təhsil aldığım yerdə namaz və oruclarımın hökmü necədir?
Cavab: Əgər ayda ən azından 20 gün kamil şəkildə orda qalırsınızsa və bu vəziyyət iki il yaxud daha artıq davam edəcəksə, təhsil aldığınız yer sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir, orada namazınız bütövdür, orucunuz da düzdür. Qalan səfərlərdə isə namazınız qəsrdir.
sistani.org/26274
2
Sual: Müsafir dörd şəhərdə yəni Kərbəlada, Məkkədə, Mədinədə və Kufədə misal üçün oteldə də namazlarını tam qıla və oruc tuta bilər, yoxsa bu məsələ yalnız hərəmlərə aiddir. Hərəmə yeni səhn əlavə olunarsa, hökm necədir?
Cavab: Müsafir Məkkə, Mədinə və Kufə (Səhlə məscidi də daxil olmaqla) şəhərlərinin hər yerində, habelə Həzrət Hüseynin (ə) hərəmində müqəddəs qəbrinin ətrafında təqribən 11,5 metr məsafəyədək namazını həm bütöv həm də müxtəsər qıla bilər. Vacib ehtiyata əsasən bu hökm Kərbəla şəhərinə şamil olmur. Lakin bu şəhərlərin heç birində oruc tuta bilməz.
sistani.org/26275
3
Sual: İşimlə əlaqədar ən azından həftədə 3 gün yaşadığım yerdən kənara çıxıram və 22 kilometrdən uzaqda yerləşən müxtəlif yerlərə gedirəm. Belə olduqda mənim oruclarım tamdır yoxsa yox? Əgər dincəlmək üçün və başqa işlər üçün digər şəhərlərə də getsəm hökmü necədir?
Cavab: Bu vəziyyət ən azından 6 ay davam edərsə, siz kəsirus-səfər (çox səfər edən şəxs) sayılırsınız, namazınız hər yerdə hətta dincəlmək üçün olan səfərlərdə bütövdür və orucunuz da düzdür.
sistani.org/26276
4
Sual: Valideynlərimi görmək üçün Bakıdan İrana gəlmişəm və işimdən təkcə 8 günlük icazə almışam. Hazırda atamın evindəyəm. Burada oruc tuta bilərəmmi?
Cavab: Atanızın şəhəri sizin doğulub böyüdüyünüz şəhər deyilsə, orada namazınız qəsrdir, orucunuz da düz deyil. Yox əgər doğulub böyüdüyünüz şəhərdirsə və oradan eraz etməmisinizsə, həmçinin gələcəkdə ora qayıdıb yaşayacağınıza ehtimal edirsinizsə, namazınız hər vaxt gəlsəniz bütövdür və orucunuz da səhiddir.
sistani.org/26277
5
Sual: Mən 4 ildən çoxdur ki, təhsilimi təkmilləşdirmək üçün Bakı şəhərinə gedib gəlirəm. Bu gediş-gəliş hələ 5 il davam edəcək və dərs günlərində həftədə 2 yaxud 3 gün gedib gəlirəm (bəzən gecələr Bakıda qalıram, bəzən də rayona qayıdıram). Qeyri-dərs günlərində isə ən azından ayda bir gün gedirəm.
Mənim sualım bundan ibarətdir ki:
1. Mənim oruc və namazlarımın hökmü necədir?
2. Namaz və oruclarım tamamdırsa, Bakı mənim ikinci vətənim sayılırmı? Yəni dərsdən başqa işlər üçün Bakıya getsəm, namazlarım tamamdırmı? Yoxsa yalnız dərs üçün gedərkən (dərs olan günlərdə) namaz və orucum tamamdır?
3. Mənim həyat yoldaşımın vəziyyəti necədir? Çünki o bəzən bu səfərlərdə mənimlə gəlir.

Cavab: 1. Əgər il ərzində üst-üstə 90 gecə-gündüz ya daha çox Bakıda qalırsınız, namazlarınız bütövdür və oruclarınız Bakıda düzdür.
2. Birinci cavabdakı kimi olsa, bəli, qeyri-dərs günlərində də namazınız Bakıda bütövdür.
3. Əgər Bakıda qaldığı günlərin məcmusu ildə 90 gün olsa, Bakı onun vətəni hökmündədir. Belə olmasa, namazları qəsrdir və orucları düz deyil.
sistani.org/26288

6
Sual: Ramazan ayında oruc tutmuş şəxs üçün səfərə çıxmağın hökmü nədir?
Cavab: Eybi yoxdur, lakin orucdan qaçmaq üçün səfərə çıxsa, bu iş məkruhdur. Səfərə çıxdığı təqdirdə ramazan ayından sonra hər günün əvəzində bir gün qəza orucu tutsa, kifayətdir, kəffarəsi yoxdur.
sistani.org/26289
7
Sual: Səfərdə müstəhəb oruc tutmağın hökmü nədir?
Cavab: Səfərdə müstəhəb oruc tutmaq şəriətdə yoxdur. Lakin bir şəxsin qəza orucu yoxdursa, ramazan ayından başqa aylarda, səfərdə müstəhəb oruc tutacağını nəzir edə bilər.
sistani.org/26290
8
Sual: Bilirik ki, nəzir etməklə səfərdə müstəhəb oruc tutmaq (qəza orucu olmamaq şərtilə) icazəlidir. Bu məsələdə fərqi varmı ki, keçmişdə bunu nəzir etmiş olsun, yaxud həmin səfər əsnasında nəzir etmiş olsun?
Cavab: Fərqi yoxdur. Lakin gün əsnasında həmin gün oruc tutacağını nəzir etsə, onun düz olması ehtiyatlıdır. Amma ertəsi gün üçün nəzir edə bilər.
sistani.org/26291
9
Sual: Öz şəhərindən başqa şəhərdə tələbə olan şəxsin namaz və orucları necədir?
Cavab: Əgər təhsil aldığınız və ya işlədiyiniz yerdə müəyyən müddətdə qalırsınızsa, hökmü aşağıdakı cədvəldəki kimidir:
1. Əgər ayda ən azından 22 gün tam şəkildə orda qalsanız və bu vəziyyət bir il yarım və ya daha artıq müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür.
2. Əgər ayda ən azından 20 gün tam şəkildə orda qalsanız və bu vəziyyət iki il yaxud daha artıq müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür.
3. Əgər ayda ən azından 15 gün tam şəkildə orada qalsanız və bu vəziyyət 3 il yaxud daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və sizin üçün vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür.
4. Əgər ayda ən azından 7 yaxud 8 gün tam şəkildə orada qalsanız (belə ki, il ərzində üst-üstə 90 sutka olsa, hərçənd ilin bir hissəsində olsa) və bu hal dörd il və ya daha uzun müddət üçün olsa, ora sizin üçün yaşayış yeri sayılır və sizin üçün vətən hökmündədir, namazınız bütövdür, orucunuz da düzdür.
sistani.org/26292