ALİ MƏQAMLI MƏRCƏYİ-TƏQLİD SEYİD ƏLİ HÜSEYNİ SİSTANİNİN DƏFTƏRXANASININ RƏSMİ İNTERNET SAYTI

Sual və Cavab » Spirt

1 Sual: Spirtin bütün növləri (texniki, tibbi və sair) pakdırmı?
Cavab: Bəli, spirtin bütün növləri pakdır, lakin onları içmək icazəli deyil.
sistani.org/26308
2 Sual: Tərkibində az miqdarda (məsələn 4%) spirti olan dərmanları qəbul etmək olarmı?
Cavab: Belə dərmanları qəbul etmək icazəli deyil. Lakin ona su qatmaqla o qədər durulaşdırsanız ki, tərkibində cüzi miqdarda (məsələn 2% yaxud daha az) spirt qalsa, bu halda qəbul etməyin eybi yoxdur.
sistani.org/26309
3 Sual: Spirt (şərab deyil) içmək haramdırmı? Hətta müalicə məqsədilə olmasa, lakin insanı sərxoş etməsə necə?
Cavab: Haramdır. Əgər onu çox miqdarda içmək insanı sərxoş edirsə, azacıq da içmək haramdır.
sistani.org/26310
4 Sual: Tərkibində spirt olan kosmetik vasitələr və ətirlərdən istifadə etmək olarmı? Dəriyə sürtmək üçün həkimin məsləhət gördüyü və tərkibində spirt olan məhlullar necə?
Cavab: Eybi yoxdur, nəcis deyil.
sistani.org/26311
5 Sual: Tərkibində şəkər spirti olan saqqızlardan istifadə etməyin hökmü nədir?
Cavab: Eybi yoxdur.
sistani.org/26312
6 Sual: Tərkibində spirt (şərab deyil) olan şokoladları yemək icazəlidir?
Cavab: Tərkibindəki spirtin miqdarı cüzi (2% yaxud daha az) olarsa, eybi yoxdur.
sistani.org/26313
Yeni sual göndərmək üçün buraya tıxayın
العربية فارسی اردو English Azərbaycan Türkçe Français